UEFA Şahruddin Məhəmmədəliyev barədə paylaşım etdi – VİDEO

İdman

UEFA Avropa Liqasının rəsmi “Instagram” hesabında “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev barədə video paylaşılıb.

Qolkiperin möhtəşəm qurtarışlarını paylaşan UEFA görüntülərə “Məhəmmədəliyevin qapıçı kimi qəhrəmanlığı” şərhini yazıb.

Qeyd edək ki, millimizin də qapıçısı olan Şahrudin Məhəmmədəliyev 2016-cı ildən “Qarabağ”ın şərəfini qoruyur.