Ronaldu “Nyukasl”a icarəyə verilə bilər

İdman

Hücumçu Kriştianu Ronaldunun Çempionlar Liqası klubuna keçmək şansı var.

Məlumata görə, futbolçunun müqaviləsində belə bir bənd var.

Bu bəndə əsasən, “sağsağanlar”ın cari mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə portuqaliyalı “Nyukasl”a icarə əsasında keçə bilər. Qeyd edək ki, ingilis klubu Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fonduna məxsusdur.

Xatırladaq ki, dekabrın 30-da portuqaliyalı “Əl Nəsr” ilə müqavilə imzalayıb. Onun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Mənbə: Marca