“Azeri Light”ın qiyməti yenidən 100 dolları ötüb

İqtisadiyyat

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti 100 dolları ötüb.

Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 3,1% və ya 3,09 ABŞ dolları artaraq, 102,44 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.