Zaqatalada kişi arvadını və özünü öldürüb – YENİLƏNİB + FOTO

Kriminal

Zaqatalada əri tərəfindən boğzı kəsilərək qətlə yetirilən Xavər Həsənova müəllimədir.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, o, rayon məktəblərindən birinin ibtidai sinifində dərs deyirmiş. 

10:03

Zaqatalada kişi arvadının boğazını kəsərək qətlə yetirib, sonra eyni üsulla özünü öldürüb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Yuxarı Çardaqlar kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini 1985-ci il təvəllüdlü Qılman Həsənov həyat yoldaşı, 1985-ci ildə anadan olmuş  Həsənova Xavər Şamil qızının boğazını kəsərək qətlə yetirib, daha sonra intihar edib.

Onların meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir