Gürcüstanın mədəniyyət xadimlərinin Gəncəyə səfəri başlayıb

Mədəniyyət

Gürcüstanın 21 nəfər mədəniyyət xadimindən ibarət nümayəndə heyətinin Gəncə şəhərinə səfəri başlayıb.

“Report”un Qərb bürosu xəbər verir ki, onlar İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkəcəklər.

Gürcüstanlı qonaqlara Ermənistanın törətdiyi terror barədə məlumat veriləcək.

Daha sonra Dram Teatrında gürcüstanlı müğənnilərin ifadəsində kiçik konsert proqramı təşkil olunacaq.

Gürcüstanın mədəniyyət xadimləri Ağdam şəhərinə də səfər edəcəklər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir