10 ildən çoxdur unudulan mədəniyyət ocağının aqibəti necə olacaq? – AÇIQLAMA + FOTO

Mədəniyyət

Ötən əsrin 90-cı illərində “Qarabağ” adı verilən kinoteatr binası acınacaqlı vəziyyətdədir.

Oxu.Az xəbər verir ki, paytaxtın “20 Yanvar” küçəsində yerləşən “Qarabağ” kinoteatrının binası 10 ildən çoxdur baxımsız vəziyyətdədir. Hətta binada toyuq-cücə saxlandığı iddia edilir.

Sözügedən kinoteatr 70-ci illərdə “Pioner” adı ilə fəaliyyətə başlayıb, daha sonra “Qarabağ” adlandırılıb. Binanın ətrafı hasarlanıb. İçərisində isə soyuqdan qorunmaq üçün bir qadının özünə sığınacaq qurduğu iddia edilir. 

Mədəniyyət ocağının nə üçün bu vəziyyətdə olması, binada yenidən təmir-bərpa işlərinin aparılıb-aparılmayacağını öyrənmək üçün Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan kinoteatr Mədəniyyət Nazirliyinin balansında deyil.

Nəsimi Rayon İcra Hakimiyyətinə sorğu ünvanlasaq da, nə sorğumuza, nə də saytlarında qoyulan telefon nömrələrinə cavab verildi. 

Daha çox foto burada: PhotoStock.az

 

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir