Ərdoğan Səmərqənddə mükafatlandırma mərasimində Qarabağda görülən işlərdən danışdı

Siyasət

“Qarabağla əlaqədar çox ciddi mübarizə aparan və bu mübarizəni hazırda infrastrukturun qurulması ilə ən yüksək səviyyədə davam etdirən İlham Əliyev qardaşımın bu sahədə, bu mübarizə müddətində, iki ildə nələr bacardığını, nələri ortaya qoyduğunu görürük”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşü çərçivəsində təşkil olunan mükafatlandırma mərasimində deyib.

O qeyd edib ki, dəfələrlə işğaldan azad olunan ərazilərdə tədbirlərə qatılmaqla, həyata keçirilən işləri yerində görmək imkanı olub:

“Bu işləri yerində gördükdə bir türk olaraq iftixar hissi keçirdim. Bu qədər az müddətdə bu qədər nailiyyət həqiqətən bizim üçün qürur mənbəyidir”.

Türkiyə lideri həmçinin bildirib: “Özbəkistanda infrastrukturda çox ciddi fiziki dəyişikliyi müşahidə edirik. Dünən İlham Əliyev qardaşımla da bunu müzakirə etmişik. Bunlar bizi qürurlandırır”.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir