Rəşad Nəbiyev: “Dörd gün ərzində hər kəs texnikanın gücünü görəcək”

Cəmiyyət

“Texnologiyalar gələcəkdir. Bu festivalın Azərbaycanda təşkil edilməsi iki ölkə arasında texnoloji inkişafa təkan verəcək”. 

Oxu.Az xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “TEKNOFEST Azərbaycan”ın açılış mərasimində çıxışı zamanı deyib. 

O bildirib ki, bu festival gənclər üçündür:

“Ali Baş Komandanın əmri ilə gənc nəsil 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edərək Zəfər çalıb. “TEKNOFEST” son altı ayda bizim gənclərə birlikdə işləməyi, bir-birindən öyrənməyə öyrətdi. Bu festival gənclərdə texniki sahəyə olan maraqları artırdı.

Qaliblər mayın 28-də elan ediləcəklər və biz inanırıq ki, hər kəs qalib olacaq. Digər bir tədbir isə startap festivalı olacaq. Bu festivalda gənclərimiz xaricdən dəvət olunan investorlarla işləmək şansı qazanacaqlar. “TEKNOFEST Azərbaycan”ın davam edəcəyi dörd gün ərzində hər kəs texnikanın gücünü görəcək”.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir