Litva Seymi Ukrayna səmasının uçuşlara bağlanması üçün BMT-yə çağırış etdi

Dünya

Litva Seymi Ukraynadakı vəziyyətlə bağlı BMT-yə çağırış edib.

Bildirilib ki, BMT Ukraynada mülki əhali arasında itkiləri azaltmaq üçün dərhal ölkə səmasının uçuşlara qapalı zona olması üçün addımlar atmalıdır.

Seymin vitse-spikeri tərəfindən irəli sürülən qətnamə yekdilliklə qəbul edilib.

Litvalı deputatlar digər ölkələrdən olan həmkarlarını və dövlətləri Rusiya və Belarusa qarşı yeni sanksiyalar üzərində çalışmağa dəvət edib. Qeyd olunub ki, aerodromlar və limanlar Rusiya təyyarə və gəmiləri üçün bağlanmalı, həmçinin sanksiyalardan yayınmağa kömək edən şəxslərin özləri də məhdudlaşdırıcı tədbirlərlə üzləşməlidir.

Bundan əlavə rusiyalılar üçün sanksiyalardan yayınma marşrutuna çevrildiyi üçün “Serbiya hava yolları”na boykot elan olunması təklif edilib.

Mənbə: Pravda.com.ua

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir