Rusiya və Belarus üzgüçüləri beynəlxalq yarışlardan kənarlaşdırıldı

İdman

Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) Rusiya və Belarus idmançılarını 2022-ci ilin sonuna qədər təşkilatın himayəsi altında keçirilən beynəlxalq yarışlardan kənarlaşdırıb.

İyunun 18-dən iyulun 3-dək Budapeştdə keçiriləcək su idman növləri üzrə dünya çempionatında bu ölkələrin təmsilçiləri mübarizə apara bilməyəcəklər.

Həmçinin, dekabrın 17-22-də Kazanda keçirilməsi nəzərdə tutulan üzgüçülük üzrə dünya çempionatının təşkilli hüququ da Rusiyadan alınıb.

Mənbə: sports.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir