“Champions Chess Tour”: Şəhriyar Məmmədyarov sonuncu mərhələdə iştirak edəcək – FOTO

İdman

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının doqquzuncu – sonuncu mərhələsində mübarizə aparacaq.

Oxu.Az yarışın rəsmi “Twitter” hesabına istinadən xəbər verir ki, 37 yaşlı qrosmeyster turnirə qatılacaq səkkiz iştirakçıdan biridir.

Sonuncu raund 14-20 noyabrda gerçəkləşəcək. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ikinci yeri tutub.